Daha bir Azərbaycan vətəndaşı Türkiyədə HƏLAK OLDU

2023-02-07 21:14:00

Daha bir Azərbaycan vətəndaşı Türkiyədə HƏLAK OLDU

Türkiyədəki zəlzələdə bir Azərbaycan vətəndaşı - 1980-ci il təvəllüdlü Nailə Bünyatovanın həlak olduğu dəqiqləşib.

Hurriyyet.Az  xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Xarici İşlər Nazirliyindən (XİN) Trend-ə təsdiqləyiblər.

Xatırladaq ki, ötən gün Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.

Zəlzələ nəticəsində 3 703 nəfər həlak olub, 22 286 nəfər xəsarət alıb.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.817959