Daha 5 qadın məscidlərə təyinat aldı
2023-04-14 20:10:00
Daha 5 qadın dini ayin icraçısı Saatlı rayonu "Varxan” kənd, Quba şəhəri "Cümə”, Siyəzən şəhəri "Cümə”, Ağdaş şəhəri "Hacı Məhəmməd” və Zaqatala şəhəri "Cümə” məscidlərinə təyin olunublar.
Bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən bildirilib.
