Saat:06:50
Haqqımızda

Daha 3 dövlət qurumu birləşir? – “Bu, yeni “monastr” qurumun yaranmasına gətirəcək”

2022-07-29 16:32:00

Daha 3 dövlət qurumu birləşir? – “Bu, yeni “monastr” qurumun yaranmasına gətirəcək”

Xəbər verdiyimiz kimi, AMEA-ın bəzi institutları Təhsil Nazirliyi ilə birləşdirilərək Elm və Təhsil Nazirliyi adı altında fəaliyyətini davam etməsi barədə qərar qəbul edildi.

Hurriyyet.az xəbər verir ki, sosial şəbəkədə daha 3 qurumun birləşdirilib vahid nazirlik halında fəaliyyət göstərəcəyi ilə bağlı xəbərlər yayılıb. Bu qurumlar “Azəriqaz”, “Azərişıq”, “Azərsu”-dur.

Bu ehtimalı “Yeni Sabah”a şərh edən iqtisadçı ekspert Natiq Cəfərli belə birləşməni mümkün hesab etmir:

“Hər 3 qurum fərqli iş prinsipləri olan qurumlardır. Onların bir mərkəzdə birləşdirilməsi kifayət qədər ciddi problemlər yarada bilər. Məsələn “Azəriqaz” SOCAR-la daha sıx bağlıdır, “Azərişıq” daha çox “AzərEnerji” ilə bağlıdır, “Azərsu” isə daha çox Azərbaycan Meliorasiya və Su Təsərrüfatı nazirliyi ilə işləməsi daha məntiqlidir. 

Bu 3 fərqli qurumu birləşdirmək əvəzinə onları işlədikləri qurumla birləşdirmək daha məntiqli olardı.

Ümumiyyətlə paylayıcı şəbəkələrin dövlət idarəetməsindən çıxarılmasına daha çox ehtiyac var. Əgər Azərbaycanda böyük şəhər bələdiyyələri yaradılacaqsa əhaliyə xidmət məsələsini bu bələdiyyələr öz üzərinə götürməlidirlər”.

Ekspert həmçinin başqa mümkün alternativləri də təqdim edib: “Alternativ olaraq qismində özəlləşmə həyata keçirilə bilər. Dövlət həmin sahələri 10-15-20 illik müqavilələr bağlamaqla müvəqqəti idarəetməyə verə bilər. Bir sözlə idarəetmənin optimallaşdırılmasına ehtiyac var. Bu optimallaşma isə xərclərin azaldılması yolu ilə baş verə bilər”.

N. Cəfərli hesab edir ki, bu 3 qurumun birləşdirilmiş halda olsa belə, dövlətin idarəçiliyində qalması heç bir müsbət dəyişikliyə səbəb olmayacaq:

“Əgər bu qurumlar birləşdirilərək dövlətin əlində qalacaqsa, əksinə bu yeni bir “monastr” qurumun yaranmasına, daha böyük ziyanla işləyən qurum olmasına gətirib çıxara bilər. Buna görə də, bu məsələlər daha fərqli yanaşma ilə həll edilməlidir”.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR