"Dağlıq Qarabağ" silindi, “Stepanakert” də “Xankəndi” oldu - SƏRGİ OLAYI

2022-06-17 22:18:00

Erməni rəssam Edmond Petrosyanın 8-18 iyun tarixlərində Moskvada keçirilən sərgisinin loqosundan “Dağlıq Qarabağ” ifadəsi silinəndən sonra “Stepenakert” sözü də “Xankəndi” ilə əvəzlənib.

Bu barədə erməni mətbuatı məlumat yayıb.

Qeyd edək ki, Rusiya Mədəniyyət Nazirliyi erməni rəssam Edmond Petrosyanın Moskvada Şərq xalqları Dövlət İncəsənət Muzeyində keçirilən “Dağlıq Qarabağın sirləri” adlı sərgisi haqda məlumat yaymışdı. Lakin Azərbaycan Mədəniyyət Nazirliyinin tələbi ilə sərginin adından “Dağlıq Qarabağ” ifadəsi çıxarıldı. Hazırda sərgi sadəcə “Sirlər” adı altında davam edir.  \\Axar.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya