Saat:22:11
Haqqımızda

Dağıstanda kütləvi zəhərlənmə; 84 nəfər xəstəxanaya yerləşdirilib

2024-06-10 23:08:19

Dağıstanda kütləvi zəhərlənmə; 84 nəfər xəstəxanaya yerləşdirilib

Dağıstanın Buynaksk şəhərində kütləvi zəhərlənmədən sonra xəstəxanaya yerləşdirilən sakinlərin sayı 84-ə çatıb.

Bu barədə Dağıstan Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Dağıstanda 270-dən çox sakin kəskin bağırsaq infeksiyası əlamətləri ilə həkimə müraciət edib.

Şəhər administrasiyasının mətbuat katibi Arip Arimov 30-dan çox adamın xəstəxanaya yerləşdirildiyini bildirib.

Onun sözlərinə görə, məlum infeksiya ilə müraciət edənlərin sayında artım yoxdur.