Saat:04:23
Haqqımızda

Dağıntılardan çıxarılan kimsəsiz uşaqların aqibəti necə olacaq? - RƏSMİ AÇIQLAMA

2023-02-09 09:10:00

Dağıntılardan çıxarılan kimsəsiz uşaqların aqibəti necə olacaq? - RƏSMİ AÇIQLAMA

“Uşaqlarımızı yaratdığımız məlumat forması ilə qeydiyyatdan keçiririk. Onların şəkillərini, göz və saç rəngini qeyd edirik. Sonra fotosunu çəkib Türkiyə Elmi və Texnoloji Araşdırmalar Şurasının (TÜBİTAK) hazırladığı məlumat sisteminə yükləyirik”.

Hurriyyet.az xəbər verir ki, bunu Türkiyənin Uşaq Xidmətləri üzrə baş direktoru Musa Şahin deyib. 

O, zəlzələ bölgələrində dağıntılar altından çıxarılan, yanında ailəsi olmayan uşaqlar barədə danışıb. 

Bildirib ki, ilk iş xilas olunan uşaqların zəlzələ riski olmayan əyalətlərə köçürülməsidir:

"Bu uşaqlar üçün qolbaq sistemi tətbiq edəcəyik. Belə ki, uşağı əyalətə köçürərkən ona ağ qolbaq taxıb adını yazıb nömrə verəcəyik. Rəqəmsal sistemə əsasən, hər vilayət üçün fərqli rəngdə qolbaq veriləcək. Sonra uşaqların ailələri dağıntılar altından hansı şəhərdə çıxdıqlarını söylədikdə uşaqlarını daha rahat tapa biləcəklər".

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.193900