Saat:02:58
Haqqımızda

Cümşüd Nuriyev Tahir Məmmədov və Mərdan Nəhmətov haqda SENSASİON FAKTLARI AÇIQLADI

2023-03-28 22:39:00

Cümşüd Nuriyev Tahir Məmmədov və Mərdan Nəhmətov haqda SENSASİON FAKTLARI AÇIQLADI

“Bu ölkə üçün nə İran, nə də Rusiya qorxuludur. Bu millətin və dövlətin ən böyük qorxusu rüşvət və korrupsiyadır. Dövlətə ziyan yalnız bundan gələ bilər”.

Bu fikirləri politoloq Cümşüd Nuriyev səsləndirib. O bildirib ki, yerlərdəki rayon icra hakimiyyətləri yaxşı işləyə bilmirlər: “Artıq bəzi icra başçıları haradansa komanda alıblar. İkinci Qarabağ Müharibəsinin qazisi Həsənov Ruslan Mirağa oğlu icra başçısı Tahir Məmmədovdan şikayət edir. Qazinin sözlərinə görə, icra başçısının qəbuluna düşə bilmir. Qəbula gedəndə isə icra başçısı təhqirə yol verir. Onun şöbə müdiri qəbula düşmək üçün “haqq” istəyir. Hətta bu adamların öz “şillə vuranları” da var. Görün icra başçısı nə qədər harınlayıb ki, öz rayonundan “şillə vuran”lar gətirir və onları vəzifəyə təyin edir. Qazi isə ölkə rəhbərliyinə müraciətində Şamaxıya ayrılan 35 milyon manat vəsaitin yoxa çıxdığını bildirir. Birinci vitse-prezident Mehriban xanım Əliyeva Şamaxını qədim tarixə malik şəhər kimi bərpa etmək istəyirdi. Amma icra başçısı Tahir Məmmədovun dəstəsi nəinki şəhərin bərpasına töhfə verir, əksinə yollara vurulan asfaltı keyfiyyətsiz edir. İki-üç aydan sonra isə asfalt dağılır”.

Cümşüd Nuriyev - Teleqraf.com

Cümşüd Nuriyev Şamaxı Rayon İcra hakimiyyətində şöbə müdiri vəzifəsində çalışan Mərdan Nəhmətovdan da danışıb və onun qanunsuz əməllərini ifşa edib: “Bu adam kiçik kəndlərə bələdiyyə sədri təyin etmək üçün 10, böyük kəndlərə isə 18-20 min pul alır. Mühasib təyin etmək üçünsə 5 min pul istəyir. Bu şəxs Şamaxıda qazilərə “divan” tutur, jurnalistləri təhdid edir. Təsəvvür edin ki, KONKRET.az-ın baş redaktoru Fadil Paşayev öz jurnalist missiyasını yerinə yetirir. Amma bu adamlar Fadil Paşayevi və onun rəhbəri olduğu saytı da təhdid etməkdən çəkinmirlər. Tahir Məmmədov özü də jurnalistdir və vaxtilə “İctimai TV”də işləyib. Bu adam kimə arxayındır ki bu cür addımlar atır? İsmayıllıda özünə villa tikdirib. Bakıda “Fairmont”da 3 milyon manata dubleks mənzil alıb. Hesablama Palatası və digər aidiyyatı qurumlar aylıq vəzifə maaşı 2 min manat olan bu şəxsin 4-5 il ərzində bu qədər mülkü necə aldığını araşdırmalıdır. Bunlar insanları və jurnalistləri hədələməklə bütün hədləri aşıblar. Azərbaycan dövlətinin gördüyü işləri gözdən salmaqla nə etmək istəyirlər? Tahir Məmmədov heç kimə arxayın olmasın”, – deyə politoloq fikirlərini tamamlayıb. \\KONKRET.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR