Cümə namazında partlayış: 50 nəfər öldü

2022-09-02 17:11:00

Cümə namazında partlayış:  50 nəfər öldü

Əfqanıstanın Herat şəhərində məsciddə cümə namazı vaxtı güclü partlayış törədilib. 

Hurriyyet.az xəbər verir ki, partlayış nəticəsində 50 nəfərin öldüyü, 100-dən çox insanın yaralandığı deyilir.

Terror aktı zamanı məscidin imamı, “Taliban”a yaxınlığı ilə tanınan və Əfqanıstanda İŞİD-ə qarşı barışmaz mövqeyi ilə seçilən Mucib Rəhman Ənsarinin də həlak olduğu bildirilir.

Hələlik heç bir qruplaşma partlayışı öz üzərinə götürməsə də, insidentin arxasında İŞİD-in dayandığı şübhə doğurmur. 

yenisabah.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.055451