Culfada sahibkar ŞƏRLƏNƏRƏK HƏBS OLUNUB? - Yaxınları İDDİA EDİR Kİ...
Culfa rayon sakini sahibkar Əmir Məmmədov ondan tələb olunan rüşvəti verməkdən imtina etdiyi üçün şərlənərək, həbs olunub.
Hurriyyet.az xəbər verir ki, bu haqda "Gündəlik Naxçıvan"a onun qohumları məlumat verib. Qohumları deyirlər ki, rüşvət vermədiyi üçün sahibkara saxta cinayət işi açılıb və məhkəmənin qərarı ilə onun haqqında 3 aylıq həbsqətimkan tədbiri seçilib.
Əmir Məmmədovun yaxınları təqib olunacaqlarından ehtiyat etdikləri üçün qısa danışıb, əlavə məlumat vermək istəmədilər.
Naxçıvan Muxtar Respublikası Prokurorluğundan verilən məlumata görə isə, sahibkar Culfa rayonunda iaşə obyektinin tikintisi zamanı qanunsuzluqlara yol verib. Buna görə də ona qarşı Cinayət Məcəlləsinin 162-1.1 (əmək müqaviləsi olmadan işə cəlb etmə) 188.4.1 (özbaşına tikinti və quraşdırma işləri aparmaq) maddələrilə cinayət işi açılıb və məhkəmənin qərarı ilə həbs edilib.
Məsələni araşdırıb, ictimaiyyətə geniş məlumat verməyə çalışacağıq.