Cüdoçumuz dünya çempionatında gümüş medal qazanıb - FOTO

2022-08-24 22:42:00

Cüdoçumuz dünya çempionatında gümüş medal qazanıb - FOTO

Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda yeniyetmələr arasında dünya çempionatı davam edir.

Azərbaycan komandasının üzvü Şahin Oruczadə (55 kq) uğurla çıxış edərək finala yüksəlib.

Qızıl medal uğrunda fransalı idmançı Dicol Zaçariyeyə məğlub olan cüdoçumuz yarışı gümüş medalla başa vurub. Digər cüdoçumuz Məhəmməd Məmişov (50 kq) turniri 5-ci yerdə tamamlayıb.

Qeyd edək ki, cüdoçularımız avqustun 24-27-də fərdi, 28-də isə komanda yarışında iştirak edəcəklər. \\Unikal


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.059101