Cüdoçularımız Avropa Kubokunun ilk yarış günü 2 qızıl medal qazanıb

2022-04-24 00:04:00

Cüdoçularımız Avropa Kubokunun ilk yarış günü 2 qızıl medal qazanıb

Azərbaycan milli yığma komandası üçün Dubrovnik şəhərində keçirilən Avropa Kubokunun ilk yarış günü müvəffəqiyyətlə başa çatıb.

 Xorvatiyanın Dubrovnik şəhərində keçirilən böyüklər arasında Avropa Kuboku turnirinin ilk yarış günündə Azərbaycan milli komandası aktivinə 2 qızıl və 1 bürünc medal qazandırıb.

Belə ki, 66 kq çəki dərəcəsində mübarizə aparan cüdoçumuz İsmayıl İbrahimov italiyalı rəqibi Leanardo Valeriyanini məğlub edərək qızıl medala sahib olub. 73 kq çəki dərəcəsində yarışan idmançımız Nəriman Mirzəyev italiyalı rəqibi Qabriyele Sulli üzərində qələbə qazanaraq yarışı qızıl medalla başa vurub.

60 kq çəki dərəcəsində yarışan idmançımız Nazir Talıbov niderlandlı Bart Velinqə qalib gələrək bürünc medal qazanıb. \\Demokrat.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya