Saat:04:39
Haqqımızda

""Crocus City" terroru elita daxili çəkişmələrin nəticəsidir" - MƏHƏMMƏD ƏSƏDULLAZADƏ

2024-03-26 14:50:57

"Putinin getməsində maraqlı olan qüvvələr bu silahlı hücumu təşkil etməklə ölkə daxilində xaos yaratmağa çalışa və siyasi sabitliyi hədəf ala bilərlər"

"Rusiyanın paytaxtı Moskva şəhərindəki "Crocus City" terror hücumu ölkə daxilində elita daxili çəkişmələrin nəticəsidir". Hurriyyet.az xəbər verir ki, bunu Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə bildirib.

Milli Cəbhə Partiyasının sədr müavini hesab edir ki, prezident seçkilərində Vladimir Putinə yüksək faiz səs yazıldıqdan sonra onun getməsində maraqlı olan qüvvələr bu silahlı hücumu təşkil etməklə ölkə daxilində xaos yaratmağa çalışa və siyasi sabitliyi hədəf ala bilərlər: "Bu terrorda Ukraynanın hədəf alınması taktiki baxımdan yanlışdır. Ukrayna Rusiyanın strateji obyektlərinə açıq şəkildə zərbələr endirir və bu legitimdir. Ukrayna kəşfiyyatı mülki insanları hədəf alacaq şəkildə belə bir aksiyaya getməz".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.000299