Cozep Borrel: Rusiya Avropa təhlükəsizliyinə ən böyük təhdiddir
2024-02-01 13:18:07
Aİ rəsmisi Cozep Borrell Rusiya ilə Ukrayna arasındakı münaqişəni “Avropa təhlükəsizliyinə ən böyük təhdid” adlandırıb və gələn aya qədər Ukraynaya yardımı artırmağa çağırıb. Belə ki, o, Aİ liderlərini sammitdə Ukraynaya daha çox mərmi tədarük etmək üçün Avropa Sülh Fondunun genişləndirilməsini təsdiqləməyə çağırıb.
Baxmayaraq ki, o, əvvəllər Aİ-nin “Ukrayna tunelinin” sonunda işığı görmədiyini bildirmişdi.
O, həmçinin bildirib ki, Macarıstan Ukraynaya Avropa Sülh Fondu vasitəsilə silah tədarükünün artırılmasına etiraz etmir, baxmayaraq ki, onlar iştirak etmək niyyətində deyil.
Ülviyyə, Hurriyyet.az