Cozef Borel: İranla nüvə danışıqlarının heç bir faydası yoxdur

2022-09-21 13:05:00

Cozef Borel: İranla nüvə danışıqlarının heç bir faydası yoxdur

BMT-nin iclası çərçivəsində Fransa prezidenti Emanuel Makron İbrahim Rəisi ilə görüşüb. Fransa prezidenti çərşənbə günü Co Baydenlə də görüşəcək.
Bu görüşlərin keçirildiyi bir vaxtda, Nyu-yorkda səfərdə olan Fransanın xarici işlər naziri İranın nüvə proqramı ilə bağlı razılığın əldə olunması imkanının itirilmə ehtimalı ilə bağlı xəbərdarlıq edib.
Bu arada Avropa İttifaqının xarici siyasət üzrə məsul şəxi Cozef Borel Vyana danışıqları ilə bağlı razılığa gəlmək üçün Nyu-yorkda Rəisi ilə görüşün mənasız olduğuna toxunaraq deyib ki, onun fikrincə məsələ ilə bağlı heç bir perspektiv yoxdur.
 “İran tərəfinin öncəki təklifi və istəyinin razılığa nail olmaq üçün heç bir faydası yox idi, indi deyirlər ki, bu həftə mümkün ola bilər, amma, mən elə hesab etmirəm”,-deyə Borel əlavə edib.
O, Rəisi ilə şəxsən BMT Baş Assambleyasının iclası çərçivəsində görüşb-görüşməyəcəyi ilə bağlı “Politico” saytının sualına yayındırıcı cavab verərək deyib: “Onlar (İran) mənə söz vermişdilər, Dohaya səfər edərkən, Vyanaya səfər zamanı... . Rəisi ilə görüşün nəyisə həll edəcəyini düşünmürəm”.

Ülviyyə, Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.063084