"Çox keçməz ki, Rusiya qarşısında qalib Ukraynanı görəcək" - QUBAD İBADOĞLU

2022-05-10 14:00:00

"Fikrimcə, Lend-Liz aktı döyüşlərdə dönüş yaradacaq və müharibənin də taleyini həll edəcək"

"ABŞ prezidenti Co Bayden mayın 9-da Ukraynaya Rusiyaya qarşı mübarizə üçün lazım olan hərbi texnikanın uzunmüddətli tədarükü prosesini asanlaşdıracaq, bir sözlə Ukraynanın Rusiya üzərində qələbəsini şərtləndirəcək qanun layihəsini imzalayıb. "Ukraunada demokratiya üçün Lend-Liz 2022" adlanan bu proqram çərçivəsində ABŞ Ukraynaya hərtərəfli yardım göstərəcək". Hurriyyet.az xəbər verir ki, bunu Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri, iqtisadçı alim, ABŞ-ın Rutgers Universitetinin müəllimi Qubad İbadoğlu deyib.

Partiya sədri bildirib ki, ABŞ bu maliyyə ilində, yəni sentyabrın 30-dək Ukraynaya birbaşa hərbi yardım, büdcəyə dəstək məqsədilə ən azı 33 milyard dollar vəsait ayıracaq: "Bayden deyib ki, "mən Ukrayna hökumətini və Ukrayna xalqını, ölkəsini və demokratiyasını Putinin amansız müharibəsindən müdafiə etmək üçün onların apardıqları mübarizəni birbaşa dəstəkləyən başqa bir mühüm aləti təmin edən qanun layihəsini imzalayıram. Mübarizənin dəyəri ucuz deyil, lakin təcavüzə meyilli olmaq daha baha başa gəlir". Fikrimcə, Lend-Liz aktı döyüşlərdə dönüş yaradacaq və müharibənin də taleyini həll edəcək, onsuz da məğlub durumda olan Rusiya çox keçməz ki, qarşısında qalib Ukraynanı görəcək. Lend-Liz (ing. lend - borc vermək və ing. lease - kirayəyə vermək, müvəqqəti istifadəyə vermək) — İkinci Dünya Müharibəsində müttəfiqləri hərbi sursat, avadanlıq, ərzaq, tibbi avadanlıq və dərmanlar, strateji xammal, o cümlədən neft məhsulları ilə təmin etməklə bağlı qəbul edilmiş ABŞ dövlət proqramıdır".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya