Saat:11:59
Haqqımızda

“Çox adam öləndə heç ağlamıram, amma itim öləndə ağladım” – Ağamirzə itə meyxana deməyindən danışdı

2023-02-01 15:26:00

“Çox adam öləndə heç ağlamıram, amma itim öləndə ağladım” – Ağamirzə itə meyxana deməyindən danışdı

Bakıda şadlıq saraylarının birində meyxana ustadlarının itə meyxana deməsi kəskin etirazlara səbəb olub. Hadisə meyxana ustası Mübariz Maştağalının ad günündə baş verib. İddialara görə, Sadiq adlı biznesmen meyxana sifariş verib və itinin təriflənməsini istəyib. Məclisdə iştirak edən meyxana ustadları - Ağamirzə, Mehman Əhmədli, Akif Arif, Mübariz Maştağalı sifarişi yerinə yetiriblər. 

Məsələ ilə bağlı Yenisabah.az-a danışan meyxana ustadı Ağamirzə Məmmədov burada pis bir şey olmadığını deyib:

“Məclis ötən gün olub. Nə biznesmen? Əşşi, tənqid yazırlar yazsınlar. Belə şeylərə fikir vermək lazım deyil. Burada pis heç nə yoxdur. Dünyada itdən vəfalı canlı var? Kaş mənim yaxınlarımda itin vəfası olaydı. Bir müddət əvvəl mənim itim öldü, gözlərim doldu onun ölümünə ağladım. Amma çox adam öləndə heç ağlamıram. İtdən vəfalı heç nə yoxdur. Sadiq də iti üçün qafiyə açmağımızı xahiş etdi, məclisdə 4-5 nəfər itbaz oturmuşdu, biz də dedik. O biznesmen zad deyil, yaxın dostlarımızdandır”.

Söz ustadı bu qafiyənin ilk olmadığını bildirib. Onun sözlərinə görə illər əvvəl də heyvanlar üçün qafiyələr açılıb:

“Bu ilk deyil, o vaxt Nizami Rəzmi  quşlar barədə “mənim quşbaz oğlum” meyxanasını, Ağasəlim Çıldaq pişiklər barədə “Bu pişik qarə pişik, bizi gətirib zarə pişik” qafiyəsini demişdi. Nizami siçanlar barədə də qafiyə açıb: “Bu siçan seyri siçan, basıbdır hər yeri siçan”. Hətta qarğa barədə də qafiyə açılıb: “300 il ömür  verib Xuda qarğaya”.  Bu heyvanlardan demək olar, itdən demək olmaz? Bu nə yanaşmadır? İt çox insandan vəfalıdır”.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR