Saat:10:26
Haqqımızda

COVİD-dən ölümə şübhə - Həkimin israrı: ““Naməlum səbəbdən dünyasını dəyişdi” yazılmalıdır”

2022-08-11 17:52:00

COVİD-dən ölümə şübhə - Həkimin israrı: ““Naməlum səbəbdən dünyasını dəyişdi” yazılmalıdır”

“Düz danışdığıma görə səhiyyə qurumları rəhbərlərinin məni sevmədiyini dəqiq bilirəm”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında həkim-radioloq Aydın Əliyev deyib.

O, son müddətdə Azərbaycanda COVID-19-la bağlı vəziyyəti təhlil edib.

Qeyd edək ki, Operativ Qərargahın gündəlik məlumatlarına əsasən, yaxın 1 ay 10 gün ərzində ölkədə koronovirusdan 52 nəfər vəfat edib. 

Aydın Əliyevin fikrincə, COVID ölümləri ilə bağlı bundan əvvəl verdiyi qalmaqalı açıqlamaya görə dövlət qurumlarından heç xəbərdarlıq almayıb: 

“Çünki bu, doğru sözdür. Mənə qarşı çıxmaqdansa, problemi həll etmək lazımdır.  Məni tutmaqla, öldürməklə problem həll olunmur. Hələ mənə problemi açıqladığım üçün təşəkkür etməlidirlər.

Pandemiya vaxtı da tənqidlərimə görə Tibb Universitetində işdən çıxarılmağımı istəmişdilər. Özüm işdən çıxdım. Eyni zamanda, pandemiya vaxtında güc strukturları da çağırıb bu barədə söhbət ediblər”.

Həkim əlavə edib: 

“Koronavirusa yoluxma sayı ilə bağlı heç nə deməmişəm. Çünki bunun heç bir əhəmiyyəti yoxdur. Yoluxma 20 min də olsa, çoxu onu yüngül qrip kimi keçirir. Amma hər gün yoluxma sayını göstərib reklam etmək, insanları təlaşa salmaq lazım deyil. 

Neçə dəfə “COVID-dən dünyasını dəyişənlər” statistikasın etiraz etmişəm. Bunun sübut olunmalı olduğunu demişəm. Bəlkə, heç koronovirusdan dünyasını dəyişməyib? Ö

lən şəxs patoloji anatomik müayinə olunmalıdır. Meyit yarılmayıb, təşrih olunmayıb. Sadəcə COVID-19 testi müsbət çıxdığı üçün dünyasını dəyişdiyini deyirlər”.

Həkim ekskumasiyanın çox vaxt ölən şəxsin yaxınlarının icazə verməməsi məsələsinə toxunub:

“Ola bilər ki, ölən yaxınları buna icazə verməsin. Bu halda onlarla söhbət aparılmalı, başa salınmalıdır. Yenə də razılaşmazlarsa, nəticəni artıq COVID-dən dünyasını dəyişmək kimi qeydiyyatlaşdıra bilmərik. Ölən barədə “Naməlum səbəbdən dünyasını dəyişdi” yazılmalıdır”.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR