COVİD-19 vaksinləri ölümlərə səbəb olub – ABŞ-dan şok
ABŞ Qida və Dərman Administrasiyasının (FDA) COVİD-19 peyvəndlərinin böyüklər arasındakı ölümlərə səbəb olub-olmadığını araşdırır.
Hurriyyet.az xəbər verir ki, bu barədə “Nyu York Tayms” qəzeti məlumat yayıb.
Məlumata görə, FDA-nın peyvənd üzrə baş məmuru Vinay Prasadın noyabr ayında agentlik daxilində paylaşdığı və sonradan mətbuata sızdırılan bir qeyddə “təxminən 10 uşaq ölümünün peyvəndlə əlaqəli olduğunu” irəli sürməsindən sonra araşdırmanın əhatə dairəsi genişləndirilib.
Amerikalı tibb mütəxəssisləri COVİD-19-un ABŞ-da 1.2 milyon insanın, o cümlədən 2000-dən çox uşağın ölümünə səbəb olduğunu xatırladıb və qiymətləndirmələrin elmi məlumatlara əsaslanmasını tələb ediblər.
FDA-nın Respirator Sinsitial Virus (RSV) peyvəndlərinin və müalicələrinin təhlükəsizliyinin qiymətləndirilməsini həyata keçirdiyi və bu kontekstdə bəzi istehsalçılarla əlaqə saxladığı bildirilir.
