COVID-19-un "kentavr" subvariantı təhlükəlidir? - ÜST-dən AÇIQLAMA

2022-07-20 11:23:00

COVID-19-un

Ümumdünya Səhiyyə Təşkilatında (ÜST) Rusiyada da daxil olmaqla müəyyən edilən "kentavr" kimi tanınan koronavirusunun "omikron" ştammının yeni "BA.2.75" subvariantının xəstəliyin ağır keçməsinə təsir etdiyi barədə məlumat yoxdur.

Hurriyyet.az Trend-ə istinadən xəbər verir ki, bu barədə ÜST-ün Cenevrə Baş Qərargahında bildiriblər.

"Kentavr"ın təhlükəli olub-olmaması ilə bağlı sualı cavablandıran qurumun mətbuat xidməti deyib: "Onun xəstəliyin ağır keçməsinə təsiri haqqında hələ kifayət qədər məlumatımız yoxdur. Məlumatlar gələn kimi biz yaxından izləyəcəyik".

Təşkilat xatırladıb ki, "kentavr" subvariantı indiyədək ondan çox ölkədə tapılıb və əksər hallarda söhbət "Hindistandan [virus genomunun] ardıcıllığından" gedir.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.114219