COVID-19 pasportu nə zaman ləğv ediləcək? - AÇIQLAMA

2022-04-25 16:15:00

COVID-19 pasportu nə zaman ləğv ediləcək? - AÇIQLAMA

Mayın 1-dən ölkəmizdə qapalı məkanlarda tibbi maskadan istifadə tələbi ləğv olunur. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah müvafiq qərar qəbul edib.

Bəs karantin qaydalarının yumşaldılması COVID-19 pasportunun da ləğv edilməsinə səbəb ola bilər?

Məsələ ilə bağlı Trend-in suallarını cavablayan Səhiyyə Nazirliyinin İctimai səhiyyə və İslahatlar Mərkəzinin həkim-mütəxəssisi Könül İsmayılova bildirib ki, pandemiyanın davam etdiyi iki ilə yaxın bir müddətdə bütün dünyada bir sıra amillərdən, o cümlədən COVID-19 ştamlarının fəallığı, klinik-epidemioloji xüsusiyyətlərindən asılı olaraq dünya mənzərəsində epidemik alovlanmaların müxtəlif xarakterli təzahürləri qeydə alındı.

"Bunlara müvafiq olaraq, dünya dövlətlərinin səhiyyə orqanlarında şəraitə uyğun olaraq (yoluxanların sayı, xəstəliyin ağırlıq dərəcəsi, xəstəxanalarda çarpayı sayı, ölüm göstəricisi və s) müəyyən qərarlar qəbul etmək zəruriyyəti yarandı. Lakin son yayılan omikron ştamı və onun subvariantlarının daha yüngül klinik xüsusiyyətlərlə müşahidə olunan xəstəlik törətmə qabiliyyəti, letallıq dərəcəsinin az olması, artıq bütün dünyada, o cümlədən ölkəmizdə aparılan uğurlu vaksinasiya strategiyası hazırda qəbul edilmiş karantin qaydalarına dəyişiklik edilməsi və yumşaldılması şərtlərinə əsas verir. Buna əsasən, bir sıra karantin qaydaları, qadağaları mərhələli şəkildə aradan qaldırılır",- deyə o qeyd edib.

K.İsmayılova həmçinin bildirib ki, Nazirlər Kabinetinin 171 nömrəli qərarına əsasən, 2022-ci il mayın 1dən etibarən,tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə artıq məcburi xarakter daşımır.

"Təbii ki, pandemiya ilə bağlı narahatlıqların artıq arxada qalması ilə bağlı ÜST-ün rəsmi bəyanatı olduqda, COVID-19 pasportlarının ləğvi ilə bağlı məsələlər Nazirlər Kabineti yanında Operativ Qərargahın gündəmində müzakirə üçün çıxarılacaq", - deyə o əlavə edib.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya