Saat:07:19
Haqqımızda

COVİD testi müsbət çıxdı, həyat yoldaşının kimliyi ilə təyyarəyə mindi

2021-07-23 17:41:00

COVİD  testi müsbət çıxdı, həyat yoldaşının kimliyi ilə təyyarəyə mindi

Hurriyyet.org xəbər verir ki, İndoneziyada koronavirus testi müsbət çıxmış bir kişi həyat yoldaşının “cildinə girərək” təyyardə səfər etmək istəyərkən tutulub.

Adı tam açıqlanmayan D.V. adlı kişi ölkədaxili səfərə çıxmaq üçün üzünü də örtən qara çarşabla təyyarəyə minib. Xanımının pasportu ilə neqativ test cavabını özü ilə götürən kişi paltarlarını dəyişdirdiyi zaman qadın əməkdaş tərəfindən aşkar edilib.

Təyyarə yerə enən kimi polis həmin adamı saxlayaraq karantində qalması üçün evinə göndərib.

Karantin müddəti başa çatdıqdan sonra həmin şəxslə bağlı hüquqi tədbirlər görüləcəyi bildirilir.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR