Çörəyi ucuz satdı: GÜLLƏLƏNDİ - FOTO

2022-01-14 23:08:00

Çörəyi ucuz satdı: GÜLLƏLƏNDİ - FOTO

Türkiyədə çörəyi mağazalara ucuz satan şəxsə hücum edilib.

Çörək zavodunun sürücüsü Zühtü Ateş marketlərə çörək paylayarkən oldu silahla ayağından vurulub.

Məlumata görə, iki nəfər ona yaxınlaşıb və çörəyin qiymətini soruşub. Çörəyin qiymətini öyrənəndən sonra isə onlar atəş açaraq qaçıblar.

Çörək zavodundan bildirilib ki, onlar çörəyi daha ucuz satdıqlarına görə, digər çörək fabrikinin rəhbərlərinin qəzəbinə tuş gəliblər.

Qeyd edək Zühtü Ateş xəstəxanada müalicə alır. Hücumu törədən 2 nəfər isə saxlanılıb.

 

Metbuat.az