Saat:13:55
Haqqımızda

COP29-da yaşıl zonaya giriş tam açıq və sərbəst olacaq

2024-11-08 14:55:19

COP29-da yaşıl zonaya giriş tam açıq və sərbəst olacaq

Yaşıl zonanın ümumi ərazisi 37,500 kvadratmetrdir. Bu ərazidə 56 pavilyon mövcuddur.

Hurriyyet.az xəbər verir ki, Bu barədə Trend-in suallarını cavablandırarkən COP29 Əməliyyat Şirkətinin Tərəfdaşlarla əlaqələr sektorunun rəhbəri Leyla Mahmudova deyib.

O qeyd edib ki, bundan başqa Yaşıl Zonada 4 konfrans otağı mövcuddur.

"Yaşıl zonanın əsas sakinləri xarici və yerli şirkətlər, QHT-lər, media və gənc qrupudur. Ayın 11-dən artıq Yaşıl Zona fəaliyyətə başlayacaq. Bu zonaya giriş tam açıq və sərbəstdir. Burada gündəlik proqramlar mövcud olacaq.

Mavi Zonada yerləşən Azərbaycan pavilyonunun əsas məzmunu Azərbaycanın dayanıqlıq mövzusunda gördüyü işlər və layihələr haqqındadır. Həmçinin, bu pavilyonda iki konfrans otağı olacaq", - deyə o bildirib.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.214014