Çonson Zelenski və Ərdoğanla birlikdə yeni ittifaq qurmaq istəyir?

2022-05-27 13:15:00

Çonson Zelenski və Ərdoğanla birlikdə yeni ittifaq qurmaq istəyir?

Xəbəri İtaliya mətbuatı yayıb

Hurriyyet.az xəbər verir ki, Böyük Britaniyanın Baş naziri Boris Conson Ukrayna Prezidenti Volodimir Zelenskiyə  Avropa İttifaqına daxil olmaq planlarından imtina etməyi və yeni ittifaq yaratmağı təklif edib. Conson Aİ-yə alternativ və Rusiyaya qarşı olan yeni beynəlxalq alyans yaratmaq niyyətindədir.

Bu barədə məlumatı İtaliyanın “Corriere Della Sera” nəşri yayıb. Qəzet yazır: “London hökumətinin başçısı yeni siyasi, iqtisadi və hərbi alyanslar sistemini – Avtopa İttifaqına alternativ qurum yaratmağı təklif edir. Yeni ittifaqda Rusiyanın hərbi təcavüzünə qarşı Almaniyanın cavabından narazı olan və Brüsselə etibar etməyən ölkələr birləşəcək.

Mənbələrin verdikləri məlumata görə, bu günlərdə Davosdakı Ümumdünya iqtisadi forumunda iştirak edən Boris Conson artıq bir aydan çoxdur ki, bu təşəbbüsün üzərində işləyir. Conson bu fikrini ilk dəfə Zelenskiyə Kiyevə səfəri zamanı – 9 aprel tarixində bildirib.

Boris Consonun yaratmağa çalışdığı Avropa birliyi modelində Böyük Britaniya lider kimi qəbul edilə bilər. Həmin ittifaqa Ukraynadan savayı, Polşa, Estoniya, Latviya, Litvanın və növbəti mərhələdə Türkiyənin qəbul edilməsi arzu edilir.

Nəşrin yazdığına görə, Baritaniyanın Baş nazirinin Kiyevə səfərindən sonra danışıqlar davam edir və Britaniyanın Ukraynanı təşviq eləməsi daha davamlı şəkil alıb.  

Mənbənin sözlərinə görə, Conson öz milli suverenliyinə həssaslıqla yanaşan, iqtisadi cəhətdən liberal və Moskva tərəfindən hərbi təhdidə qarşı durmaq qətiyyətinə malik dövlətlərin ittifaqını yaratmağı təklif edir.

Nəşr yazır ki, Kiyev hökuməti hələlik Britaniyanın təşəbbüsü ilə bağlı mövqe bildirməyib, nə təsdiq, nə də inkar cavabı verib.

Görünür, Volodimir Zelenski 23 iyun tarixində keçiriləcək Avropa sammitini gözləyir. Həmin sammitdə Aİ üzvü olan 27 ölkənin liderlərinə Ukraynaya namizəd statusunu vermək qərarını qəbul eləmək təklif ediləcək. Namizəd statusunu aldıqdan sonra Ukrayna Avropa İttifqına daxil olmaq üçün rəsmən danışıqlara başlaya bilər.

Lakin iyunun 23-də Ukraynanın müsbət cavab alıb-almayacağı bəlli deyil. Güman edilir ki, Aİ liderləri Kiyevin “Avropada perspektivləri” olduğu barədə dumanlı açıqlama ilə kifayətlənsinlər. Belə olacağı təqdirdə Zelenski Boris Consonun alternativ təklifinə daha ciddi yanaşa bilər.

Belə təklifin olduğu barəsində şayiələrin məhz iyun iclası ərəfəsində Avropa liderlərinə təzyiq göstərmək niyyəti ilə yayılması istisna edilmir.

Qəzet onu da yazıb ki, Ukraynanı maliyyə cəhətdən dəstəkləmək üçün Londonun Avropa İttifaqındakı qədər imkanları yoxdur.

Həmçinin, Polşa ilə Baltika ölkələrinin də Brüssellə münasibətlərə kölgə sala biləcək bu təşəbüsü necə qarşılayacaqları da bəlli deyil.

Xəbər verildiyi kimi, Ukrayna artıq iyunda namizədliyə qəbul ediləcəyi qərarı verildikdən sonra danışıqlar üçün Aİ paytaxtına göndərəcəyi nümayəndə heyətinin üzvlərinin kimlər olacağını da müəyyənləşdirib.

Aİ liderlərinin iyun ayının axırında keçiriləcək sammiti başlamazdan əvvəl Avropa Komissiyası Ukraynanın giriş müraciətini qiymətləndirməlidir.

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya