Conson ukraynalıları xələfinə tapşırdı və vidalaşdı: "Hasta la vista, baby” - VİDEO

2022-07-20 21:23:00

Conson ukraynalıları xələfinə tapşırdı və vidalaşdı:

"Biz kömək etdik, mən kömək etdim, bu ölkəni pandemiyadan xilas etdim və başqa bir ölkəni barbarlıqdan xilas etməyə kömək etdim".

Bunu Böyük Britaniyanın Baş naziri Boris Conson istefası ərəfəsində İcmalar Palatasında vida nitqində bildirib.

Boris Conson xələfini ukraynalıların müdafiəsinə davam etməyə çağırıb:

"Son bir neçə saniyədən istifadə edib kim olursa-olsun, xələfimə bəzi məsləhətlər vermək istəyirəm. Birincisi, amerikalılara yaxın olun, ukraynalıların müdafiəsinə qalxın, hər yerdə azadlıq və demokratiyanı müdafiə edin. Vergiləri azaldın və bu ölkəni yaşamaq, investisiya qoymaq üçün ən yaxşı yerə çevirin".

Boris Conson çıxışını “Terminator” filmindəki “Görüşənədək, gözəlim” mənasını verən məşhur “Hasta la vista, baby” ifadəsi ilə bitirib.


 

Vəsilə İbrahim,

Sfera.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.067157