Conson Putin barədə: Timsahla necə danışmaq olar?

2022-04-21 10:52:00

Conson Putin barədə: Timsahla necə danışmaq olar?

Ukraynada atəşkəslə bağlı istənilən sülh danışıqları uğursuzluğa məhkumdur, çünki Putinlə işləmək ayaqdan yapışan timsahla sövdələşməyə bənzəyir.

Hurriyyet.az xəbər verir ki, bunu Britaniya Baş naziri Boris Conson deyib.

“Onun dürüstlüyünün olmadığını nəzərə alsaq, ukraynalıların indi Putinlə necə danışa biləcəyini təsəvvür etmək çox çətindir. Onun strategiyası Ukraynanın mümkün qədər çox hissəsini mənimsəməyə və ələ keçirməyə çalışmaqdır. Çənəsi ilə ayaqdan yapışmış timsahla necə danışıq aparmaq olar? Ukraynalıların üzləşdiyi çətinliklər buradadır. Sadəcə olaraq strategiyanı davam etdirmək, onları silahla təmin etmək lazımdır”, - Conson bildirib.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya