Conson istefa verəcəyini təsdiqlədi

2022-07-28 23:36:00

Conson istefa verəcəyini təsdiqlədi

Böyük Britaniyanın Baş naziri Boris Conson Mühafizəkarlar Partiyasının lideri olaraq qalması ilə bağlı petisiyaya baxmayaraq, istefa verəcəyini təsdiqləyib.

Bu barədə “TASS” məlumat yayıb.

O bildirib ki, ölkə “böyük siyasi estafet yarışının növbəti mərhələsinə” yaxınlaşıb.

“Sizi əmin edə bilərəm ki, estafet çubuğu hiss olunmayacaq şəkildə başqasının əlinə keçəcək. Sizi əmin edə bilərəm ki, bu adam bundan sonra da eyni proqrama rəhbərlik edəcək”, - deyə Baş nazir bildirib.

Qeyd edək ki, Boris Conson Böyük Britaniyanın Baş naziri vəzifəsindən və Mühafizəkarlar Partiyasının lideri postundan istefa verib. Lakin o, yeni Baş nazir seçilənə qədər partiya və hökumətin rəhbəri vəzifələrini icra edəcək. Ötən həftə Böyük Britaniyada Mühafizəkarlar Partiyasının üzvləri öz liderini seçmək üçün səsvermənin beşinci turunu keçirib. Nəticələrə görə, finala iki namizəd: xarici işlər naziri Liz Trass və keçmiş maliyyə naziri Rişi Sunak çıxıb. \\Qafqazinfo


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.057670