CNN məxfi səfərdən yazdı: “MKİ-nin direktoru Zelenski ilə görüşüb”
2022-01-18 13:48:00
Hurriyyet.az xəbər verir ki, CNN teleşirkətinin iki anonim mənbəyə istinadla verdiyi məlumata görə, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Bill Berns ötən həftə Ukraynaya gizli səfər edərək Prezident Vladimir Zelenski ilə görüşüb.
Medianın verdiyi xəbərə görə, ABŞ MKİ-nin direktoru Ukraynanın xüsusi xidmət orqanlarının rəhbərləri ilə görüşüb, onlarla birlikdə Rusiyanın hərbi müdaxiləsi risklərini müzakirə edib. Bill Berns Zelenski ilə görüşü zamanı mövcud vəziyyəti və gərginliyin azaldılması səylərini müzakirə edib.
Hürr Tərcüman