CNN-ABŞ Ukraynanı 80 km-ə qədər zərbə məsafəsinə malik HIMARS sistemləri ilə təmin edəcək

2022-06-01 17:26:00

CNN-ABŞ Ukraynanı 80 km-ə qədər zərbə məsafəsinə malik HIMARS sistemləri ilə təmin edəcək

ABŞ prezidenti Co Bayden bildirib ki, Vaşinqton Ukraynanı “daha ​​təkmil raket sistemləri və döyüş sursatları” ilə təmin edəcək. Baydenin bu açıqlaması barədə "The New York Times" məlumat verdi. Nəşrin bildirdiyinə görə, Ukraynanın alacağı silahlar ona düşmənə daha dəqiq zərbələr endirməyə imkan verəcək.
"CNN"in məlumatına görə də yüksək rütbəli rəsmilər ABŞ-ın "HIMARS" artilleriya sistemini Ukraynaya 11-ci hərbi yardım paketinin bir hissəsi kimi göndərəcəyini təsdiqləyiblər.
HIMARS-ın uçuş məsafəsi 49 mil və ya 80 kilometrdir. "HIMARS" artilleriya sistemi dünyanın dörd ölkəsində, o cümlədən ABŞ, Rumıniya, İordaniya və Birləşmiş Ərəb Əmirliklərində istifadə olunur.
80 km-ə qədər mənzilli "HIMARS" sistemləri indiyə qədər Ukraynaya çatdırılan ən uzun mənzilli silahlardır.
Ukrayna tərəfinin fikrincə, nisbətən mühafizə olunan ərazilərdən düşmən mövqelərinə zərbələr endirmək üçün onlara uzaqmənzilli artilleriya sistemləri lazımdır.
Hazırda Luqansk və Donetsk vilayətlərində gedən döyüşlər zamanı Rusiya ordusunun strategiyası ərazini havadan və artilleriyadan davamlı atəşə tutmaq, yalnız bundan sonra canlı qüvvə və texnikanı ora gətirməkdir. Bu strategiya isə yüksək insan itkiləriylə nəticələnir.

Ülviyyə, Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya