Çinlə müharibə olacağı təqdirdə ABŞ-ın sursatları tükənəcək - sabiq ABŞ hərbi rəsmisindən AÇIQLAMA
ABŞ müdafiə nazirinin keçmiş müşaviri Duqlas MakQreqor hesab edir ki, ABŞ ilə Çin arasında münaqişə başlayarsa, yüksək dəqiqlikli silahlar üçün gərəkli sursat tez tükənəcək. Duqlas MakQreqor bu fikrini “The American Conservative” qəzetindəki köşə yazısında ABŞ-ın Ukraynaya silah tədarükünə görə bu vəziyyətə düşdüyü ilə əsaslandırıb.
Daha əvvəl ABŞ müdafiə nazirinin siyasi məsələlər üzrə müşaviri Kolin Kal demişdi:
"Biz heç vaxt raketlərin dəqiq sayını açıqlamamışıq. Bütün detalları ruslara bildirmək istəmirik", Kolin Kal deyib.
"Son bir neçə həftə ərzində yüzlərlə bu cür sistem təqdim etdik, amma indiki paketdəki dəqiq sayı haqqında ətraflı məlumat verməyəcəyəm. İndi biz onların sabit tempdə çatdırılması ritmindəyik", deyə Kal "HIMARS" raket tədarükləri haqqında bildirib.
Ülviyyə, Hurriyyte.az