Çinlə Britaniya arasında diplomatik böhran – qadağan edildi

2021-09-15 10:50:00

Çinlə Britaniya arasında diplomatik böhran – qadağan edildi

Hurriyyet.az “Akşam” nəşrinə istinadən xəbər verir ki, rəsmi Pekinin britaniyalı deputatlara qarşı sanksiyalarına cavab olaraq Çinin Londondakı səfiri Çjen Çzequanın Britaniya parlamentinə daxil olması qadağan edilib.

Bundan əvvəl Çin rəhbərliyi Uyğur Muxtar Vilayətində baş verənlər barəsində çıxış elədikləri üçün Britaniya parlamentindən olan 5 nəfər millət vəkilinə qarşı sanksiya tətbiq eləmək qərarı vermişdi. 

Bu vəkillərdən biri olan Nüsrət Qəni qərarla bağlı BBC kanalına açıqlamasında demişdi: “Millət vəkillərinə qarşı sanksiya tətbiq eləmək parlament və demokratiyamız üçün birbaşa təhdiddir. Heç bir rejim bizi susdura bilməz. Parlamentimiz Çin Kommunist Partiyasının absurd sanksiyalarının təbliğat vasitəsi olmayacaq”.

Çin səfiri isə son qərarın hər iki ölkənin mənafelərinə zərər verəcək “alçaqcasına və qorxaq” qərar olduğunu söyləyib.