Çinin yeni planı - uyğur qızları hədəfdə! – Hesabat və VİDEO

Hurriyyet.az “Yeni akit” nəşrinə istinadla xəbər verir ki, Çin hökuməti uyğur türklərinin sayını azaltmaq və regiondakı türklərin sayını artırmaq üçün uyğur türkü qadınlarla evlənən çinlilərə pul və iş imkanları təmin edir.
Vaşinqtonun Uyğur İnsan Hüquqları Layihəsi (UHRP) Çin hökumətinin uyğur qadınları zorla evləndirmələri üçün rüşvət verdiyini və təhdid etdiyini aşkara çıxarıb.
UHRP təşkilatının hesabatında Çinin Şərqi Türküstandakı yerli məmurlarının bölgədəki uyğur türkü qadınları xan çinlisi kişilərlə zorla evlənməyə məcbur elədiyi, maddi həvəsləndirmələrdən və şantajdan istifadə elədiyi bildirilir. Hesabatın rəsmi siyasət sənədləri, sosial media paylaşmaları və xaricdə yaşayan uyğur türkləri ilə aparılan reportajlar əsasında hazırlandığı qeyd edilib.
Çin hökumətinin səlahiyyət sahiblərinin uyğur türkü qadınlarla evlənmək istənəyən xan kişilərinə ev, iş, tibbi sığorta və nağd mükafatlar verdiyi bildirilir. Həmçinin, uyğur türkü qadınların xan çinlisi kişilərlə evlənməyi rədd edəcəyi təqdirdə özlərinin və ya ailələrinin cəza düşərgələrinə alınacaqları məsələsində təhdid etdikləri də bildirilir.
Hesabatda məsələ ilə bağlı nümunə olaraq, Çinin yerli mətbuatında yazılan məlumat diqqətə çatdırılır: Ağsu vilayətinin Kalasa kəndindən vəzifəlilərin kəndin “Milli birlik, vahid ailə” kampaniyası çərçivəsində evləndirilən iki uyğur türkü və xan çinlisi qarışıq ailəyə 40 min yuan (təqribən 5450 avro) verildiyi qeyd edilib. Rəsmi sənədlərə görə, Kaşğar antik şəhərində də “etnik evlilik mükafatları” çərçivəsində xan çinlisi kişiləri üçün ildə 20 min yuan (təqribən 2750 avro) ayrıldığı bildirilir.
Hesabat çərçivəsində müsahibə verən xaricə köçmüş uyğur türkü bir qadın toplama düşərgəsinə aparılmaqdan qorxduqları üçün 18 yaşındakı qızını xan çinlisinə ərə verməyə məcbur olduqlarını bilrdirib. Qadın deyib: “Bir uyğur türkü qadın onunla evlənmək istəyən xan çinlisi kişinin təklifini rədd edə biləcək vəziyyətdə deyil”.
Çin üçün güclü silah
Avstraliyadakı La Trobe universitetində Çin siyasəti və cəmiyyəti mövzusunda araşdırma aparan professor Ceyms Leybold Çinin uzun müddət etnik qruplar arasındakı evlilik nümunələrini sosial uyğunlaşma və milli inteqrasiya üçün bir növ güclü silah hesab elədiyini bildirib.
Uyğur soyqırımı
Çinin məcburi evliliklərlə yanaşı, Şərqi Türküstan ərazisində məcburi qısırlaşdırma, işgəncə və ümumi həbs düşərgələri qurma siyasəti apardığı bildirilir.
Birləmiş Millətlər Təşkilatı bu ilin əvvəllərində Çinin regionda insanlığa qarşı cinayətlər törətdiyini sübut edən hesabat dərc eləmişdi. Bundan savayı, ABŞ daxil olmaqla, bir çox Qərb ölkələri Çin iqtidarının uyğur türklərinə qarşı əməllərini soyqırımı kimi tanıyıblar.
Çin rəhbərliyi isə bu əməlləri araşdırmaq istəyən beynəlxalq insan hüquqları mühaşidə heyətlərinin Şərqi Türküstana daxil olmasına icazə vermir.
Hürr Tərcüman
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya