Saat:16:51
Haqqımızda

Çinin Xarici İşlər naziri Taliban nümayəndələri ilə görüşdü

2021-07-28 15:47:00

Çinin Xarici İşlər naziri Taliban nümayəndələri ilə görüşdü

Hurriyyet.org xəbər verir ki, Taliban nümayəndələri Çinin Xarici İşlər naziri Vanq Yi ilə görüşüblər.

Talibanın Qətərdəki siyasi bürosunun rəhbəri Molla Əbdül Qəni Bəradərin başçılıq elədiyi nümayəndə heyətinin Çinə səfər elədiyi və Çinin Xarici İşlər naziri ilə görüşdüyü bildirir. Məlumatı “Ksinhua” informasiya agentliyi yayıb.

Vanq Li Çinin daim Əfqanıstanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünə hörmətlə yanaşdığını, daxili işlərinə müdaxilə edilməməsi mövqeyində durduğunu vurğulayıb, Vaşiqnton iqtidarının Əfqanıstan siyasətinin uğursuzluğa uğradığını bildirib, ölkədəki bütün tərəflərin “Əfqanıstanı əfqanlar idarə etməlidir” prinsipinə əsaslanaraq dərhal sülhü təmin eləmələrinin lazım olduğunu söyləyib: “Əfqanıstan əfqan xalqına məxsusdur, Əfqanıstanın gələcəyi və taleyi əfqan xaldının əlində olmalıdır”.

Talibanın açıqlamasında da 9 nəfərlik nümayəndə heyətinin Çinə iki günlük səfərə getdiyi, Çinin Xarici İşlər naziri ilə sülh prosesi və təhlükəslizlik məsələləri ilə bağlı müzakirələr apardığı bildirilir.

Talibanının Qətərdəki siyasi bürosunun mətbuat nümayəndəsi Məhəmməd Naim də “Tvitter”dəki səhifəsində yazıb: “Danışıqlarda siyasət, iqtisadiyyat və hər iki ölkənin təhlükəsizliyi, Əfqanıstandakı mövcud vəziyyət və sülh prosesi ilə bağlı məsələlər müzakirə edilib”.  Naim Taliban heyətinin Çinə əfqn torpaqlarından heç bir xarici ölkəyə qrşı istifadə edilməyəcəyinə təminat verdiyini də qeyd edib.

Vanqın Taliba heyəti ilə birlikdə çəkilmiş fotosu da sosial mediada gündəmə çevrilib.

Talibanın nümayəndə hüyəti 2019-cu ildə də Çinə səfər eləmişdi. Heyət o zaman Çinin Əfqanıstandakı xüsusi nümayəndəsiolan Dinq Sicun ilə görüşmüşdü.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR