Saat:13:40
Haqqımızda

Çinin ticarət gəmilərində raket sistemi üzür...

2021-12-07 17:26:00

Çinin ticarət gəmilərində raket sistemi üzür...

Çin ticarət gəmilərində konteynerlərində daşına bilən raket sistemlərini gizli inkişaf etdirməyə davam edir. Belə gəmilər istənilən beynəlxalq limana daxil ola bilir və bu, Çinin düşmənləri üçün böyük təhlükə yaradır.

ABŞ Beynəlxalq Qiymətləndirmə və Strategiya Mərkəzinin Asiya regionu üzrə baş hərbi elmi əməkdaşı Rik Fişerə istinadla “The Sun” nəşri xəbər verir ki, 2019-cu ildə Çin "YC-18C" qanadlı raketi üçün konteynerdə kommersiya yükü kimi kamuflyaj olunaraq yerləşmiş və daşına bilən xüsusi kompleks hazırlamışdı. ABŞ, Böyük Britaniya və Rusiyada oxşar sistemlər çoxdan var.
Fişer bildirib ki, raket sistemləri istənilən gəmidə yerləşdirilə bilər və bu kompleks Çinin bir çox ticarət gəmisini “desant və havadan hücum qüvvələrinə kömək etmək üçün sahil istehkamlarına sürpriz raket reydləri həyata keçirmək üçün” gizli donanmaya çevirə bilər.
Konteynerlər, həmçinin hərbi obyektlər yaxınlığında anbarlarda saxlanıla bilər və ən qısa zamanda hazırlıq vəziyyətinə gətirilə bilər. 
Onun sözlərinə görə, raketin elektromaqnit impulslu döyüş başlıqları yaxınlıqda olan istənilən nüvə ballistik raket sualtı bazasını sıradan çıxara bilər. “Belə bir raketin partlaması Çinin sualtı qayıqlarındakı nüvə raketini atmağa ehtiyac olmadan bütün bazanın elektronik sistemini sıradan çıxara bilər”, Fişer deyir. 

Ülviyyə, Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR