Saat:08:29
Haqqımızda

Çinin İrandan husilərlə bağlı tələbi

2024-01-26 08:34:37

Çinin İrandan husilərlə bağlı tələbi

Hurriyyet.az xəbər verir ki, "Röyter" informasiya agentliyinin dörd nəfər iranlı mənbəyə və bu məsələdən xəbərdar olan diplomata istinadla yaydığı məlumata görə, Çin məmurları iranlı həmkarlarından dəstəklədikləri husilərin Qırmızı dənizdə gəmilərə hücumlarının qarşısını almağa kömək etmələrini xahiş ediblər. 
Xəbərdə bildirilir ki, son günlərdə Pekində və Tehranda keçirilən görüşlərdə Çin ilə İran arasında ticarət məsələləri və Qırmızı dənizdəki gəmilərə hücum problemi müzakirə edilib.
İranlı məmur agentliyə müsahibəsində deyib: "Mahiyyətcə, Çin belə deyir: "Əgər bizim maraqlarımıza hər hansı bir zərər dəysə, bu bizim Tehranla biznesimizə zərbə vuracaq. Ona görə də, husilərə gəmilərimizə toxunmamağı tapşırın".  
Qeyd edək ki, husilər Qırmızı dənizdən keçən gəmilərə hücumları Qəzza sektorundakı fələstinlilərə dəstək məqsədilə etdiklərini bildiriblər. Asiya ilə Avropa arasında əsas ticarət yolunda baş verən hadisələr ticarətdə çatdırılma və sığorta qiymətlərinin bahalaşmasına səbəb olub. Çin gəmiləri də bu yoldan çox istifadə edirlər.
Hürr Tərcüman

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.194190