"Çinin Filippinə təzyiqi getdikcə gücləndirir" - ərazi iddiası ilə bağlı açıqlama
Hurriyyet.az "İnterfaks" agentliyinə istinadla xəbər verir ki, Filippinin müdafiə naziri Gilberto Teodoro avstraliyalı həmkarı Riçard Marlz ilə birgə mətbuat konfransı zamanı Çin Xalq Respublikasının əraziləri güzəştə getməyi tələb etdiyini bildirib.
Nazir Cənubi Çin dənizindəki mübahisəli ərazilərlə əlaqədar Pekinin Manilaya təzyiqi getdikcə gücləndirdiyini söyləyib.
Teodoro deyib: "Dənizə olan suveren hüquqlarımızdan imtina etməyimiz üçün Pekinin tələblərinin artdığını görürük".
Onun sözlərinə görə, Avstraliya kimi tərəfdaşlarla müdafiə razılaşmaları Çinin qarşısının alınması üçün vasitədir.
Marlz bildirib ki, Kanberra müdafiə sənayesi sahəsində Manila ilə sıx əməkdaşlıq etmək istəyir və bununla əlaqədar 2025-ci ilin əvvəlində mühəndislər komandasını Filippinə göndərməyə hazırlaşır.
Xəbərlərdə qeyd edilir ki, 2023-cü ilin avqustundan bəri bu iki ölkənin müdafiə nazirləri artıq 5-ci dəfə keçirilir. 2023-cü ilin sentyabrında Avstraliya ilə Filippin Çinin regiondakı siyasəti ilə bağlı narahatlıqlarını bildirərək strateji əməkdaşlıq barəsində razılaşma imzalamış, ilk dəfə Cənubi Çin dənizində sudan və havadan birgə patrulluq etmişdilər.
Filippin ilk dəfə 2024-cü ildə Avstraliyada keçirilən hərbi təlimlərə qoşulub.
Qeyd edək ki, Çin ilə ASEAN üzvü olan Filippin, Malayziya, Bruney, Vyetnam ölkələri arasında Spratli (Çin dilində Nanşa) arxipelaqı ətrafında ərazi mübahisəsi mövcuddur.
Hürr Tərcüman