Saat:03:59
Haqqımızda

Çinin əsas bankı Rusiya ilə bütün hesablaşmaları - DAYANDIRDI

2024-02-07 13:49:36

Çinin əsas bankı Rusiya ilə bütün hesablaşmaları - DAYANDIRDI

Rusiya idxalçıları üçün əsas hesablaşma mərkəzi rolunu oynayan Çin bankı “Chouzhou Commercial” Rusiya Federasiyası ilə bütün əməliyyatları dayandırıb. 

Çin bankları Rusiyaya dollarla ödəniş etməyi dayandırıb

Hurriyyet.az Banker.az-a istinadən xəbər verir ki, bu barədə “Vedomosti” qəzeti maliyyə ekspertləri və sahibkarlara istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, hesablaşmaların dayandırılması bütün banklararası ödəniş sistemlərinə təsir edib: beynəlxalq SWIFT, Rusiya SPFS və Çin CIPS.

“Logistikanın çökməsi demək olar ki, qaçılmazdır”, – məqalədə qeyd olunur.

Tezliklə Çində uzunmüddətli bayramlar başlayacaq – Çin Yeni ili, bütün ölkədə təxminən iki həftə ardıcıl olaraq qeyd olunur (rəsmi olaraq fevralın 10-dan 17-dək). Materiala görə, bu o deməkdir ki, ən azı mart ayına qədər ölkədən mal ixrac etmək mümkün olmayacaq və bu, bir çox əməliyyatların uğursuzluğuna səbəb ola bilər.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.204706