Çinin dövlət başçısı ABŞ-da səfərdədir – Prezident Bayden ilə görüşəcək
2023-11-15 13:56:01

Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadla xəbər verir ki, Çin Xalq Respublikasının sədri Si Cinpin Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq sammitində iştirak etmək və ABŞ Prezidenti Cozef Baydenlə görüşmək üçün noyabrın 15-də San-Fransisko şəhərinə gedib.
Mövcud beynəlxalq vəziyyətin, Çin ilə ABŞ arasındakı mürəkkəb münasibətlərin, geosiyasi və iqtisadi rəqabətin fonunda Si Cinpinin ABŞ-a səfəri bütün dünyanın diqqətini cəlb edib. Si Cinpinlə Co Bayden bundan düz bir il əvvəl, 2022-ci ilin 15-16 noyabr tarixində İndoneziyanın Bali adasında keçirilən G-20 sammitində görüşmüşdülər.
Hürr Tərcüman
