"Çinin addımı 2023-cü ildə qlobal iqtisadi artımı stimullaşdıracaq" - VÜQAR BAYRAMOV

2022-12-27 11:50:00

"Bu isə o deməkdir ki, Çində sərt karantin qaydalarının aradan qaldırılması Azərbaycan vətəndaşlarının, xüsusən də sahibkarların da səfərlərinə təsirsiz ötüşməyəcək"

"Çin yanvarın 8-dən etibarən ölkəyə səfər edənlər üçün karantin şərtlərini aradan qaldıracaq. Həmin tarixdən sonra Çinə səfər edənlər karantinə alınmayacaqlar. İqtisadi təsirlərinin minimumlaşdırılması məqsədi ilə Çin "Sıfır COVİD" prinsipindən, praktik olaraq, əl çəkir. Səfərdən 48 saat öncə neqativ COVİD test nəticəsi olan xaricilər heç bir əlavə tələb olmadan Çinə səfər edə biləcəklər". Hurriyyet.az xəbər verir ki, bunu İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) sədri, millət vəkili Vüqar Bayramov qeyd edib.

Millət vəkili hesab edir ki, Çinin bu addımı bir tərəfdən strateji məhsullara, o cümlədən neftə olan tələbin artmasına səbəb olmaqla 2023-cü ildə qlobal iqtisadi artımı stimullaşdıracaq: "Bu isə qlobal iqtisadiyyat üçün xoş xəbər hesab olunur. Çin ilə Azərbaycanın əsas ticarət tərəfdaşlarından hesab olunur. Ötən il ticarət dövriyyəmiz 1.7 milyard dollardan çox olub. Bu isə o deməkdir ki, Çində sərt karantin qaydalarının aradan qaldırılması Azərbaycan vətəndaşlarının, xüsusən də sahibkarların da səfərlərinə təsirsiz ötüşməyəcək".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.287379