Saat:20:23
Haqqımızda

Çingiz Qənizadə YAP-ın qərarını gözləyir - “Müstəqil şəxs olmadığıma görə...”

2024-05-10 22:34:06

Çingiz Qənizadə YAP-ın qərarını gözləyir - “Müstəqil şəxs olmadığıma görə...”

“Əgər namzidəliyim üzv olduğum Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən irəli sürülərsə, parlament seçkilərində iştirak edəcəyəm”.

Hurriyyet.Az bildirir ki, bunu “AzPolitika”-ya açıqlamasında hüquq müdafiəçisi, keçmiş deputat Çingiz Qənizadə bildirib.

O, qeyd edib ki, müstəqil şəxs olmadığına görə, bu barədə partiya qərar verir.

Ç.Qənizadənin sözərinə görə, namizədlərin irəli sürüləcəyi seçki dairələri də YAP tərəfindən müəyyənləşdiriləcək.

Xatırladaq ki, 9 fevral 2020-ci ildə keçirilmiş növbədənkənar parlament seçkilərində Çingiz Qənizadə daha əvvəl deputat seçildiyi 80 saylı İmişli-Beyləqan seçki dairəsindən namizədliyini irəli sürüb.

Amma seçkidən sonra Mərkəzi Seçki Komissiyası (MSK) dairədən başqa namizədlər - Razim Əmriraslanlı və Hikmət Şirinovun müraciətinə baxaraq məntəqələrdə seçki pozuntularının olduğunu təsdiq edib. MSK qərara alıb ki, 49 seçki məntəqəsindən 29-da seçkilərin nəticələri ləğv olunsun və həmin dairədə seçkilər etibarsız hesab edilsin.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.188105