Saat:09:24
Haqqımızda

Çingiz Abdullayev vəzifəsindən AZAD EDİLDİ

2022-12-01 23:48:00

Çingiz Abdullayev vəzifəsindən AZAD EDİLDİ

“Neftçi”nin Müşahidə Şurasın (MŞ) tərkibində dəyişikliklər olub.

Hurriyyet.az  xəbər verir ki, bu barədə məlumat klubun rəsmi saytında yer alıb.

Əvvəlki MŞ sədri Çingiz Abdullayevi SOCAR prezidenti Rövşən Nəcəf əvəzləyib.

Həmçinin, təhsil naziri Emin Əmrullayev, Xarici Kəşfiyyat Xidmətinin rəisi, general-polkovnik Orxan Sultanov, Elnarə Məmmədova və Hafiz Zeynalov Müşahidə Şurasına yeni üzv seçiliblər.

Əvvəlki heyətdən yalnız Zaur Qəhrəmanovla Səməd Qurbanov öz vəzifələrində qalıblar.

Müşahidə Şurasının əvvəlki üzvləri Cəbrayıl Cəbrayılov, Fərhad Bədəlbəyli və Mehdi Nəcəfov isə klubdan ayrılıb.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR