Çinə ən çox neft satan ölkə Rusiya oldu - rekord endirimlə

2022-06-20 20:58:00

Çinə ən çox neft satan ölkə Rusiya oldu - rekord endirimlə

Hurriyyet.az xəbər verir ki, Rusiya Federasiyası Çin Xalq Respublikasına neft tədarükü siyahısında Səudiyyə Ərəbistanını sıxışdıraraq 1-ci yerə çıxıb. Ukraynada törətdiyi müharibə səbəbindən Rusiyaya tətbiq edilən saknsiyalar fonunda Moskva nefti dəyərindən 30% ucuz qiymətə Pekinə satır.

May ayında Rusiya Çinə rekord həcmdə neft satıb. Ötən ay Çin Rusiyadan 8,42 milyon tona yaxın xam neft satıb. May ayında Rusiya Çinə gündəlik təqribən 2 milyon barrelə yaxın neft satıb. Bu, təkcə aprel ayı ilə müqayisədə təqribən 25 faiz, illik ortalamadan isə təqribən 55 faiz artıqdır. Nəticədə 19 aylıq fasilədən sonra Rusiya yenidən Səudiyyə Ərəbistanını birinci yerdən çıxışdıraraq, Çinə neft satışına görə lider olub.

Ukrayna ilə müharibə səbəbindən Qərbin sanksiyaları üzündən Çin Rusiya neftini dəyərinin üçdə biri qədər endirimli qiymətə alır.

 

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya