Çindən Tayvana qarşı sanksiyalar

2022-08-03 16:44:00

Çindən Tayvana qarşı sanksiyalar

Hurriyyet.az CNN Türk kanalına istinadla xəbər verir ki, Çin Tayvana qarşı sanksiyaya bərabər qərar verərək öz ərazisi hesab elədiyi ada ilə həyata keçirdiyi ticarəti məhdudlaşdırıb. Çin Tayvan adasından aldığı bəzi meyvə və dəniz məhsullarının alqı-satqısını dayandırmağı qərara alıb. Qadağan qərarı qreyfrut, limon, portağal kimi sitrus meyvələrini və bəzi balıq növlərini əhatə edir.

Çinin Baş Gömrük İdarəsi bu açıqlamanı ABŞ Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Tayvana Çinin qanunsuz hesab elədiyi səfərindən sonra verib.

Xəbər verdiyimiz kimi, Çin sabahdan etibarən Tayvan adasını əhatə edən 6 rayonda hərbi təlimlər keçirəcəyini də bəyan edərək, hava məkanına girişi məhdudlaşdırıb.

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.065846