Çindən ABŞ-a qarşı sanskiyalar

2023-04-07 11:27:00

Çindən ABŞ-a qarşı sanskiyalar

Hurriyyet.az “İnterfaks” agentliyinə istinadla xəbər verir ki, Çin Xalq Respublikasının Xarici İşlər Nazirliyi Hadson institutuna və Reyqan Kitabxanasına qarşı sanksiyalar tətbiq ediləcəyini bəyan edib. Səbəb olaraq Tayvan administrasiyasının rəhbəri Çay İnvenin ABŞ-a səfəri zamanı “Vahid Çin” prinsipinin pozulması göstərilir.

Nazirliyin açıqlamasında deyilir: “Birləşmiş Ştatların Hadson institutu ilə Reyqan Kitabxanası “Tayvanın müstəqilliyi” uğrunda separatçı fəaliyyət üçün platforma təqdim ediblər. Bu isə “Vahid Çin” prinspinin ciddi pozulmasıdır...  Çinin suverenliyinə və ərazi bütövlüyünə ciddi zərbədir”.

Sanksiyalar Çinin bütün təşkilatlarına və vətəndaşlarına həmin Amerika qurumları ilə işgüzar münasibətlər qurmağı, mübadilə və əməkdaşlıq proqramları reallaşdırmağı qadağan edir.

İnstitut ilə kitabxananın bəzi əməkdaşları da sanksiya siyahısına salınıblar. Onlara Çin ərazisinə daxil olmaq qadağan edilib, ölkə ərazisindəki hesabları və mülkləri dondurulub.

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.185127