Saat:05:28
Haqqımızda

Çində zəlzələyə görə ölənlərin sayı artdı – Fövqəladə vəziyyət elan olundu

2025-01-07 13:15:01

Çində zəlzələyə görə ölənlərin sayı artdı – Fövqəladə vəziyyət elan olundu

Çin rəhbərliyi Tibet Muxtar Bölgəsində baş verən güclü zəlzələdən sonra fövqəladə vəziyyət rejimi tətbiq edib.

Hurriyyet.az xəbər verir ki, bu barədə “Sinxua” agentliyi məlumat yayıb.

Bildirilib ki, təbii fəlakətlə əlaqədar bölgədə ikinci dərəcəli fövqəladə vəziyyət rejimi elan olunub.

Qeyd edək ki, zəlzələ nəticəsində ölənlərin sayı artıq 95 nəfərə çatıb, daha 130 nəfərin yaralandığı bildirilir.

Xatırladaq ki, yanvarın 7-nə keçən gecə Çinin cənub-qərbində, Nepalla sərhəddə yerləşən Tibet Muxtar Bölgəsində 7,1 bal gücündə zəlzələ baş verib.

Yeniavaz.com

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.216066