Saat:05:45
Haqqımızda

Çində uşaqları oyun asılılığından uzaq tutan layihə

2025-07-03 12:24:48

Çində uşaqları oyun asılılığından uzaq tutan layihə

Hurriyyet.az xəbər verir ki, Çində uşaqlara yalnız istirahət günləri, bir saatlığa video oyunlar oynamaq icazə veriləcək.
Çinin nəhəng "Tencent" və "NetEase" şirkətləri yay tətili dövründə uşaqların video oyunlar oynamasını məhdudlaşdırıblar.
İyulun 1-dən avqustun 21-nə qədər uşaqlara həftənin son üç günündə - cümə, şənbə və bazar günlərində, gündə cəmi bir saatlığa - 20.00-dan 21.00-a qədər oyun oynamaq icazəsi verilib. 
Beləliklə, bütün yay tətili ərzində onlar maksimum 27 saat oyun oynaya bilərlər.
Uşaqların böyüklərin akkauntlarından istifadə etməməsinə nəzarət üçün üztanıma sistemindən istifadə olunacaq.
Hürr Tərcüman

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.383047