Çində sel fəlakəti: metro suyun altında qaldı, adamlar oturacaqlara çıxdılar, insan itkisi var

2021-07-21 17:26:00

Çində sel fəlakəti: metro suyun altında qaldı, adamlar oturacaqlara çıxdılar, insan itkisi var

Hurriyyet.org xəbər verir ki, Çinin Henan vilayətində şiddətli yağışlardan sonra yaranan sel səbəbindən ən azı 12 nəfərin həlak olduğu bildirilir. Çjençjou şəhərinin metro şəbəkəsi isə sulara qərq olub. Metroda sərnişinlər boğulamamaq üçün oturacaqlara çıxaraq nəfəs almağa çalışıblar. Çinin rəsmi “Sinhua” agentliyinin xəbərində Çjençjou şəhərindəki leysandan sonra dünən baş vermiş selin insan ölümlərinə səbəb olduğu bildirilir – xilasedicilər indiyə qədər 12 nəfərin nəşini aşkar ediblər. Yüz min nəfərdən artıq əhali  təhlükəsiz ərazilərə köçürülüb. Şəhərin küçələrində “çaylar” axır, avtomobillər suların altında qalıb. Çjençjou şəhərinin rəhbərliyi yazılı açıqlamasında “şəhərə nəzarətin çox çətin olduğu”, “fəlakətin fövqəladə səviyyədə olduğu” bildirilir.

Henan əyalətindəki şiddətli yağışlar 17 iyul tarixindən bəri davam edir.