Cində bubon taununa yoluxmuş şəxs aşkarlandı-Yeni epidemiya başlayır? Yenə Çindən?
2022-07-20 16:22:00

Çinin Ninsya-Huey Muxtar Bölgəsində 45 yaşlı bir kişidə bubon taununa yoluxma halı aşkarlanıb.
Durumla bağlı rayon icra orqanları dördüncü səviyyəli epidemioloji təhlükə elan ediblər. Kişidə xəstəliyin ilk əlamətləri iyulun 12-də yaranıb və ertəsi gün o, yardım üçün tibb müəssisəsinə müraciət edib. Həkimlər çərşənbə axşamı xəstəlik diaqnozunu təsdiqləyiblər.
Bildirilir ki, bubon taunu vəhşi heyvanlarda olan parazitlər, o cümlədən gəmiricilər vasitəsilə yayılan bakterial xəstəlikdir.
Ülviyyə, Hurriyyet.az
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya