"CİNAYƏTİNİZİ ETİRAF EDİN VƏ BU LƏKƏNİ ÜZƏRİNİZDƏN SİLİN" - İtaliyanın sabiq baş nazirindən Fransaya ağır ittiham

2023-09-04 12:00:41

1980-ci ildə İtaliya səmasında içərisində 81 nəfərin olduğu sərnişin təyyarəsini Fransa qırıcısı vurub.

Hurriyyet.az xəbər verir ki, bunu İtaliyanın sabiq baş naziri, qocaman siyasətçi Culiano Amato deyib.

“Azadlqı Radiosu”nun yaydığı məlumata görə, Amato Fransanın təyyarədəki 81 günahsız insanın qətlində birbaşa günahkar olduğunu söyləyib. Sabiq baş nazir iddia edib ki, Fransa həmin vaxt Liviya lideri Müəmmər Qəddafini qətlə yetirmək istəyib və elə bilib ki, Qəddafi sözügedən təyyarədədir. Nəticədə Fransa hərbi aviasiyası səhvən 27 iyun 1980-ci il tarixində Siciliya üzərində göyərtəsində 77 sərnişin və 4 ekipaj üzvü olan “İtavia”-ya aid “McDonnell Douglas DC-9” sərnişin təyyarəsini vurub. Həmin təyyarə Boloniyadan Polermoya uçurmuş. Amato əmindir ki, Fransa tərəfi həmin sərnişin təyyarəsini Qəddafinin təyyarəsi ilə səhv salaraq, bu ağır cinayəti törədib. Buna görə istintaq bir neçə versiya üzərində işləsə də, hələ bu günədək həmin qəzanın gerçək səbəbləri aşkarlanmayıb.

Amato Fransa Prezidenti Emmanuel Makronu bu cinayəti etiraf etməyə və “bu ləkəni öz üzərindən silməyə” çağırıb.

Amato qeyd edib ki, sözügedən cinayəti Fransanın törətdiyini İtaliyaya 1983-1987-ci illərdə rəhbərlik etmiş Baş nazir Bettino Kraksi də bilib və bu barədə sonradan Qəddafini məlumatlandırıb. Amatonun dediyinə görə, bu məlumatı onlara İtaliya xüsusi xidmət orqanları verib. Lakin obyektiv istintaq aparılmasına imkan verilməyib. Həmçinin, 1980-ci ildə İtaliyanın Baş naziri olmuş Françesko Kossiqa da təyyarənin Fransa tərəfindən vurulduğuna dair şübhələrə malik olduqlarını bildirib.

Amato bu məsələni vaxtilə ABŞ Prezidenti Bill Klinton və Fransa başçısı Jak Şirak qarşısında qaldırdığını, lakin onların bu mövzudan yayındığını söyləyib.

Qeyd edək ki, Amatonun bu açıqlaması İtaliyada böyük səs-küyə səbəb olub və ölkənin hazırkı Baş naziri Giorgiya Meloni məsələni araşdırmağı tapşırıb, həmçinin, Amatodan onda olan faktları təqdim etməsini xahiş edib.

Beləliklə, Fransanın törətdiyi beynəlxalq cinayətlərə biri də əlavə olunmaq üzrədir. Xatırladaq ki, İtaliyanın hazırkı Baş naziri G.Meloni ötən ilin oktyabrında onun ölkəsinə və xalqına dil uzadan Makronun cavabını bu cür vermişdi: “Emmanuel Makron bizi kinli və məsuliyətsiz adlandırıb. Makron, məsuliyyətsizlər Liviyanı bombalayanlardır. Məsuliyyətsiz bizi qeyri-leqal miqrasiya xaosuna gətirib çıxaranlardır... Ən əsası, nəhayət, hər şeyi öz adı ilə çağırmalıyıq. Çirkinlik Fransa kimi Afrikanı sümürməkdə davam etməkdir. Çirkinlik Fransa kimi 14 Afrika ölkəsi üçün senyoraj şərtlərilə pul çap etmək və Afrikadakı uşaqları öz mədənlərində ağır şərtlərdə işlətməkdir... Bizə natasiyalar oxumaq lazım deyil, Makron. İnsanlar Afrikadan sizin əlinizdən qaçır və bu problemi afrikalıları Avropaya gətirməklə yox, Afrikanı sizin kimi avropalılardan azad etməklə həll etmək lazımdır...”

“AzPolitika.info”


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.137309