Saat:09:03
Haqqımızda

Cinayətə görə xidmətdən qovulan Mahmudov bu dəfə qonşusunu və qohumunu aldatdı - MƏHKƏMƏ

2021-12-04 15:45:00

Cinayətə görə xidmətdən qovulan Mahmudov bu dəfə qonşusunu və qohumunu aldatdı - MƏHKƏMƏ

 

Keçmiş hərbçi, ehtiyatda olan leytenant Elşad Mahmudov dələduzluğa görə həbs edilib. O, öz qohumunu işə düzəltmək adı ilə aldadıb. Həmçinin qonşusundan oğlunun pensiya məsələsini həll edəcəyi vədi ilə pulunu alıb.

Hurriyyet.az Musavat.com-a istinadən xəbər verir ki, E.Mahmudov dələduzluqda ittiham olunur. 1969-cu il təvəllüdlü Mahmudovun əvvəllər də məhkumluğu olub.

2000-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində zabit kimi hərbi xidmət keçən Mahmudov törətdiyi cinayət əməlinə görə nazirin əmri ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılıb.

Bu dəfə isə Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib.

Mahmudov Elçin adlı qohumuna Fövqəladə Hallar Nazirliyinin Gəncə şəhəri və ya ətraf rayonlarda yerləşən yerli qurumlarından birinə işə düzəldəcəyini vəd edib. Bu məqsədlə ondan 13000 manat pul alıb. Amma vədinə əməl etməyib. Elçin pulunu tələb edəndə isə deyib ki, işə qəbula görə pul verdiyi şəxsi nazirlikdən çıxarıblar. Buna görə də pulu özü qaytarmalı olacaq.

13 000 manatı qaytarmayan Mahmudovun ağlına başqa bir variant gəlib. Bu dəfə qohumu Elçindən 8800 manat pul alıb. Ona deyib ki, hərbi xidmətdə olduğu illər üçün 40 min manatdan çox təqaüd almalıdır. Amma bu məbləıği alamq üçün kimlərəsə pul verməlidir.

Elçin də qohumu Mahmudovda olan 13 min manatı xilas etmək üçün ona borc olaraq bu pulu verib. Amma həm 13 mini, həm də 8800 manatı Mahmudov tərəfindən ələ keçirilib.

Bundan sonra Mahmudovdan şikayətlər etməyə başlayıb. Bu zaman da məlum olub ki, Mahmudov qonşusu Nizamidən oğlu Anara pensiya düzəltdirəcəyini deyərək 5 min manat alıb. Əlavə olaraq isə Nizaminin özünü işə düzəldəcəkmiş.

Mahmudov ittihamla özünü qismən təqsirli bilib. Deyib ki, qohumu Elçini pula ehtiyacı olduğu üçün aldadıb. Sonradan Elçin ondan 13 min manat pulunu tələb etdikdə çıxılmaz vəziyyətdə qaldığına görə Elçindən hərbi xidmət illərinə görə yığılmış pulları almaq yalanı ilə pul alıb. Mahmudov ikinci aldığı məbləğin 8800 manat yox, 8 000 manat olduğunu bildirib.

Qonşusu Nizamini aldatmaq ittihamı ilə razılaşmayan Mahmudov bildirib ki, ondan sadəcə 740 manat borc alıb və sonra da 300 manatını qaytarıb.

Mahmudov söyləyib ki, daha sonra qonşusu Nizami həmin 740 manat pulu başqa şəxsdən faiz müqabilində sələm kimi aldığını, ona görə də faizlə birlikdə qalan 340 manata görə 2000 manat verməli olduğunu bildirib. Təqsirləndirilən şəxs aldığı pulu xəstəliyinə görə dərmanlara xərclədiyini qeyd edib.

Əməlindən peşman olduğunu deyən Mahmudov pulu qaytarmasa da zərəçəkmişlərin ondan şikayətçi olmadığını qeyd edərək məhkəmədən bağışlanmasını xahiş edib.

Zərərçəkmişlərin ifadələrindən məlum olub ki, Mahmudov FHN-ə işə düzəldəcəyi şəxsi aldadaraq bir neçə dəfə Bakıya çağırıb ki, guya onu tibbi komisiyadan keçirəcək. Daha sonra isə guya FHN nümayəndələrinin rayonlara səfəri zamanı bu işi həll edəcəyini vəd edib. İllərlə bu cür yalanlardan sonra dələduzluq əməlinin üstü açılıb.

Mahmudov Gəncə Şəhər Məhkəməsinin hökmü ilə 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR